Yenə dərdləşib danışıram aynalara,
Necə darıxıram, amma bu anlayana...
Sənə bağlanıram, düzü bilə-bilə mən,
Niyə unutmuram? Ağıl qalıb orada...
Silə bilməyən adam zərəri çəkər,
Gör neçə il, neçə ay keçib aradan..
"Mənə gəl", "ya qayıt" deyə bilmirəm,
Məni susduran şeylərin yaraları var.
Sən açdığım qapıları bağlamadınmı?
Gecələri mənim üçün ağlamadınmı?
Nəyə görə bir ömür bizə möhtac,
Sənə görə illər niyə düşman?
Daha səni görməyə gözüm olmayacaq,
Amma içimdə
özləm qalacaq...
Gələr, zaman keçər zaman mənə..
Bəlkə də o yerini yadlar alacaq.
İllər sonra yadına düşərəm,
Üz-üzə gələrik, mən yan keçərəm.
O, başqa şəhərdi... Mən həmin küçələrdə
Gəzən başıboş xatirələrdən...
Nə xoş ki, qəlbinə söz keçirə bilənə,
Özləmin yükünü ataqmı? bu dənizə
Boğuluram bu evim, bu məkanım,
Avunuram... Daha yoxdur qərarım.
Silmisənsə məni, gətirmə ağlına,
Yaralar dərin, dinməz ağrılar...
Olmuş neçə illərdən sonra
Bəlkə də kəsişər sənlə o yollar..
Kim bilə bilər ki, sevginin axrını?
Bilməz ayrılıq eşqi zamanını...
Qapını döyər bir gün, ansızın o zaman -
Sən demə, yarını sən də tanımamısan.
Nə bir qürur qalar, nə bir qədəh...
Səhər açılar acıların dadı gecədən..
Bunu bilirəm: mən özümə səhv etmişəm,
Bəlkə gəncliyim bir gün əfv eləyər...
Nədir səbəbi olan? Nədir bizi ayıran?
Bir olaq deyə çalışıb vuruşmuşam.
Amma yox... Qalmadı güc məndə,
Sən demə, tükənmişəm mən özümlə.
Yandır qəlbini, külləri qalsın,
Sənin özgələr halına yansın..
Bitdi hər şey öz əlinlə -
Qədərimizdə ayrılıq var imiş.
Aldın canımı, neçə yerə böldün,
Mən şahid - bunları gördüm.
Kaş gerçəyi görməz olaydım...
Ümidlərimlə mən neçə dəfə öldüm...
Nə bir qürur qalar, nə bir qədəh...
Səhər açılar acıların dadı gecədən..
Bunu bilirəm: mən özümə səhv etmişəm,
Bəlkə gəncliyim bir gün əfv eləyər...
Nədir səbəbi olan? Nədir bizi ayıran?
Bir olaq deyə çalışıb vuruşmuşam.
Amma yox... Qalmadı güc məndə,
Sən demə, tükənmişəm mən özümlə.

